Bu gün Bərdə rayonunda baş vermiş silahlı insidentin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Tahirə Əzizova həmyerlisi və qonşusu olan 19 yaşlı Əvəz Rüstəmovu söyüş üstündə güllələyib. Bildirilir ki, qonşular arasında hələlik dəqiqləşdirilməmiş səbəblərdən mübahisə düşüb. Bu zaman 19 yaşlı Ə.Rüstəmov 3 uşaq anası olan 26 yaşlı Tahirəyə qarşı nalayiq sözlərdən istifadə edib. əsəblərinə hakim ola bilməyən evə gedib və tüfəngi götürərək geri qayıdıb. T.Əzizova 19 yaşlı oğlan elə küçədəcə güllələyib.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, güllələnən Ə.Rüstəmov bir müddət əvvəl T.Əzizovanın yaxın qohumu ilə cinsi əlaqədə olduğu üçün məhkəməyə verilibmiş. Tərəflər arasında bu səbəbdən məhkəmə çəkişməsi davam edirmiş.
Hadisənin məhz yuxarıda qeyd edilən səbəbdən baş verdiyi dəqiqləşməyib. Araşdırmalar davam etdirilir.
*****
16:50
Azərbaycanda qadın kişini güllələyib
Bərdə rayonunda silahlı insident baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Tahirə Əzizova həmyerlisi Əvəz Rüstəmova ov silahından atəş açıb. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.
Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Qadın Ə. Rüstəmovu Darğalar kəndinin yaxınlığında, yolda güllələyib.
Faktla bağlı araşdırma aparılır.