Azərbaycanda mənzildən içi qızıl və pulla dolu seyf oğurlanıb. Lent. az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Zeynal Əlişovun evindən içərisində 60.000 dollar dəyərində qızıl əşyaları və şəxsi sənədləri olan seyfi oğurlamış Hacıqabul şəhər sakini Gülnarə Qarayeva tutulub.
Lent. az-ın əldə etdiyi məlumata görə, Z. Əlişov iş adamıdır. Onun xeyli sayda ferması olub. G. Qarayeva isə həyat yoldaşı ilə birlikdə Z.Əlişovun evində və təsərrüfatlarında işləyiblər. Evdə seyfin yerini öyrəndikdən sonra isə onlar planlarını həyata keçİriblər.
G. Qarayeva ilə yanaşı onun həyat yoldaşının da saxlanıldığı bildirilir.