İntihar edən məktəblinin sinif rəhbəri danışdı -<span style="color:red;"> YENİLƏNİB
06 fevral 2015 18:47 (UTC +04:00)

İntihar edən məktəblinin sinif rəhbəri danışdı - YENİLƏNİB

Gədəbəy rayonu Arabaçı kəndində intihar edən 5-ci sinif şagirdi Şahin Gülzalı oğlu Abbasovun təhsil aldığı orta məktəbdə heç bir problem olmayıb. Lent.az-ın məlumatına görə, bu barədə məktəbin direktoru Tofiq Mirzəyev anspress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, intihar deyildiyi kimi məktəbdə yaranmış problem səbəbindən olmayıb.

“Ümumiyyətlə deyilənlərin hamısı bizim məktəbə qarşı yönələn qara qüvvələrin işidir. Şahin Abbasovun məktəbdə heç bir problemi olmayıb. Davamiyyəti yaxşı olub. Bacardığı qədər müəllimlərin tapşırıqlarını yerinə yetirməyə çalışıb. Ondan heç kəs narazılıq etməyib. Hadisə baş verən günün səhəri sinifə girib, uşaqlarla bir-bir danışmışam. Uşaqlar da bildiriblər ki, sinif rəhbəri heç kəsi incitməyib”, - deyə Tofiq Mirzəyev bildirib.

İntihar edən şagirdin sinif rəhbəri Rübail Nəbiyev açıqlamasında bildirib ki, barəsində deyilənlərin heç biri həqiqəti əks etdirmir.
 

***

Bir neçə gün əvvəl Gədəbəy rayonunda 11 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Arabaçı kəndində özünü asaraq intihar edən 2004-cü il təvəllüdlü Abbasov Şahin Gülzalı oğlunun orta məktəbdə müəllim tərəfindən döyüldüyü bildirilir.

 

İddia edilir ki, 5-ci sinifdə oxuyan Ş.Abbasov məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşib. O, daha sonra özünü asaraq intihar edib.

 

Özünü öldürmə faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Ş.Abbasovun valideynləri və digər yaxınları ilə yanaşı, müəllimləri və sinif yoldaşları da istintaqa ifadə verib. İstintaq sirri olduğundan onların ifadəsi açıqlanmır.

 

Özünü öldürən məktəblinin meyitinin ekspertizasından əldə edilən nəticələr yaxın günlərdə hazır olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar