
Azərbaycanda kürəkən qaynatasının evinə atəş açdı
İyunun 25-də Bakı şəhər sakini T.Quliyevin Ağcabədi şəhərinə gələrək orada yaşayan qaynatası M.Məmmədovun evinin istiqamətində 1 dəfə tüfənglə atəş açması, xəsarət alan olmaması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçirilib.
T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmış, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı tüfəng aşkar edilərək götürülüb.
Hazırda araşdırma aparılır.
Oxşar yazılar

Bakıda 2 evdən oğurluq edən 2 nəfər saxlanıldı: Biri qadındır
14 iyul 2025 , 14:19
Cahid Şahbazovun VƏKİLİ DANIŞDI: "Məsuliyyətə cəlb olunmayıb" - YENİLƏNİB
14 iyul 2025 , 14:16
Gitara ifaçısı olduğumu biləndən sonra barmaqlarımı sındırdılar - Xocalıda girov götürülən zərərçəkən
14 iyul 2025 , 14:05
Kəlbəcər sakini Ağdərədə faciəli şəkildə ödü
14 iyul 2025 , 13:34
Qıcolması tutdu, kanala düşüb öldü - İMİŞLİDƏ FACİƏ
14 iyul 2025 , 13:28