Azərbaycanda hələ belə toy karvanı görünməmişdi  - YENİLƏNİB
07 oktyabr 2015 11:40 (UTC +04:00)

Azərbaycanda hələ belə toy karvanı görünməmişdi - YENİLƏNİB

0

Lənkəranda çoxlarının təəccübünə səbəb olan maraqlı hadisə baş verib. Lent.az-ın cənub bürosunun məlumatına görə,  rayonun Şirinsu kənd sakini, 26 yaşlı  Ramil Əkbərovun  sevib-bəyəndiyi qız - Yardımlı rayonunun Köryədi kənd sakini, 18 yaşlı Səkinə Məmiyeva “KamAZ” markalı yük maşının kabinəsində oğlan evinə gəlin gətirilib.  Bər-bəzəkli, bahalı minik avtomobillərini bu dəfə 14 “KamAZ” markalı yük maşını əvəz edib.

 

Ramilin dostlarının idarə etdikləri bu nəqliyyat vasitələri çox rahatlıqla dolanbac dağ yollarını aşaraq sağ-salamat mənzil başına çatıblar. Gəlinin əyləşdiyi maşını isə bəy özü idarə edib. 

 

Təqribən 100 kilometrlik məsafəni qət edən bu qeyri-adi toy karvanı insanlarda böyük marağa səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar