Azərbaycanda döyüş sursatı aşkarlandı
30 iyul 2014 19:25 (UTC +04:00)

Azərbaycanda döyüş sursatı aşkarlandı

0

Sumqayıt şəhərində qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına əsasən verdiyi məlumata görə, bu barədə FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd RPQ-17 tank əleyhinə qumbaraatan minasıdır.

 

Aşkar edilmiş hərbi sursat müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:35-də başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar