Azərbaycanda doğulan qadın Rusiyada hava limanında yaşayır
01 noyabr 2015 08:25 (UTC +04:00)

Azərbaycanda doğulan qadın Rusiyada hava limanında yaşayır

0

 

 

Qazaxıstanın Rusiyadakı səfirliyi İraqdan ailəsi ilə Rusiyaya pənah gətirmiş Gülistan İsa-Şahonun Qazaxıstan vətəndaşı olduğunu təkzib edib.

 

APA-nın “Tengrinews.kz”a istinadən verdiyi xəbərə görə, qadınla söhbət etmiş konsulluq əməkdaşları onun kürd  olduğunu, 1981-ci ildə Azərbaycanda dünyaya gəldiyini və uşaq vaxtı valideynləri ilə bir neçə il Qazaxıstanda yaşadığını müəyyənləşdiriblər.

 

 

 “Ona Qazaxıstan vətəndaşlığı və pasportu heç vaxt verilməyib. O, 1998-ci ildə İraqa köçüb və İraq vətəndaşına ərə gedərək bu ölkənin vətəndaşlığını alıb”, deyə qurumdan bildirilib.  

 

Diplomatlar qadının Qazaxıstanın rəsmi qurumlarına hər-hansı xahişlə müraciət etmədiyini bildiriblər. Beləliklə, Gülistan İsa-Şaho və onun ailəsinin sonrakı aqibəti ilə bağlı məsələ  Rusiyanın miqrasiya orqanlarının səlahiyyətindədir.  

 

Gülistan İsa-Şahonun qaçqın statusunun alınması ilə əlaqədar Rusiya Federal Miqrasiya Xidmətinə təkrar müraciət etdiyi bildirilir. 

 

Qeyd edək ki, bundan əvvəl  suriyalı 4 uşaqlı ailənin bir aydan çox “Şeremetyevo” hava limanının tranzit zonasında yaşadığı, qadının Qazaxıstan vətəndaşı olduğu barədə məlumatlar yayılıb. Sənədlərində  problem olduğu üçün ailəyə Rusiyaya girişinə icazə verilməyib.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar