Xaçmaz rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Hülövlü kənd sakini, 1996-cı il təvəllüdlü Nizamov Tamerlan Eynulla oğlu qardaşı 1998-ci ildə anadan olmuş Mustafayev Nizami Eynulla oğluna çoxsaylı bıçaq zərbələri endirərək onu qətlə yetirib.
N.Mustafayev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə vaxtı mübahisə edən uşaqları ayırmağa çalışan Eynulla Nizamov da xəsarət alıb.
İlkin məlumata görə, hadisəyə kompüter oyunu üstündə yaranmış mübahisə səbəb olub. Hər iki qardaşın 2-ci qrup əlil və ruhi xəstə kimi qeydiyyatda olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Daha bir qətl hadisəsi Bakı şəhərinin Binəqədi rayonunda törədilib. Rayon ərazisindəki 28 May qəsəbəsində 54 saylı evdə yaşayan 1962-ci il təvəllüdlü Məmmədəliyev Babagül Babaşah oğlu həyat yoldaşı 1961-ci ildə anadan olmuş Xalidə Məmmədəliyevanı bıçaqlayaraq öldürüb.
B.Məmmədəliyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır