Bərdə rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayonun Cumalar kəndinin sakini, 1962-ci il təvəllüdlü Şükufə Muradova özünü yaşadığı evin həyətindəki tövlədə asıb. 52 yaşlı qadın özünü şarfla asıb. Səhər saatlarında qadının asılı vəziyyətdə qalmış meyitini görən yaxınları sarsıntı keçirib və hüquq-mühafizə orqanlarına bununla bağlı məlumat verilib.
Ş.Muradovanın hansı səbəbdən özünü öldürməsi hələlik məlum deyil, araşdırmalar aparılır.