Aprelin 12-də Xızı rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Qızıldərə adlandırılan ərazisində yerləşən fermada çoban işləyən Quba rayon sakini Azər Qəmbərov ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Xızı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən ov tüfəngi götürülüb.