10 iyul
1804. Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsilib və10 il davam etmiş Rusiya-İran müharibəsi başlayıb
1992. Azərbaycan Respublikası Ümumavropa təhlükəsizlik və əməkdaşlıq proseslərini tənzimləyən Helsinki müşavirəsinin Helsinki Yekun sənədinə tərəfdar çıxıb
1992. Azərbaycan Respublikası Kanada ilə diplomatik əlaqələr qurub
1994. Ciddədə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq haqqında Baş Saziş imzalanıb
1998. Seçki qanunvericiliyini müxalifətin və ATƏT-in tələblərinə uyğunlaşdırmaq üçün ona dəyişikliklər və əlavələr edilib
2003. Gəncədə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Milli Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Sazişə 1 saylı əlavə Protokol imzalanıb...