5 iyul
1606. Səfəvi ordusu Gəncə qalasını Osmanlı qüvvələrindən azad edib.
1921. Rusiya Kommunist Partiyası Qafqaz bürosu qərara alıb: "Müsəlmanlarla
ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi
əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini əsas tutaraq, Dağlıq Qarabağ
Azərbaycan SSR-in hüdudlarında saxlansın, onun tərkibinə daxil olan Şuşa şəhəri
inzibati mərkəzi olmaqla geniş vilayət muxtariyyəti verilsin. AK(b)P MK-ya tapşırıldı
ki, "muxtar vilayətin sərhədlərini müəyyənləşdirsin və təsdiq olunmaq üçün RK(b)P
MK Qafqaz bürosuna təqdim etsin”.
1946. Təbrizdə Azərbaycan incəsənəti muzeyi fəaliyyətə başlayıb.
2002. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təşkil edilib.
2011. Vatikan kitabxanasında tapılan 40 qədim Azərbaycan əlyazması Bakıya
gətirilib.
2011. Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı başlayıb. Prezident İlham
Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçilib.
2011. Bakıda Azərbaycan-Almaniya biznes forumu keçirilib.
2012. Bakıdakı Səadət sarayı əsaslı təmir və bərpadan sonra istifadəyə verilib.