17 aprel
	
	1873. M.F.Axundovun "Hacı Qara" komediyası səhnələşdirilib
	1921. 15 apreldə başlayan birinci Azərbaycan kooperativ qurultayı başa çatıb
	1924. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyəti Q.M.Musabəyovun sədrliyi ilə "bütün Qarabağda millətlərarası möhkəm mehriban qonşuluq münasibətlərinin yaradılması ilə bağlı bütün başqa məsələləri aydınlaşdırmaq" məqsədi ilə yeni komissiya təşkil edib. Komissiyanın tərkibinə D.X.Bünyadzadə, A.N.Karakozov, İ.İ.Dovlatov və H.P.Cəbiyev də daxil idilər
	1938. SSRİ Ali Soveti rəyasət heyətinin qərarı ilə Üzeyir Hacıbəyov, Şövkət Məmmədova və Bülbülə SSRİ Xalq artisti fəxri adı verilib
	1998. Azərbaycanda “Qrantlar haqqında” qanun qəbul edilib
	1999. Bakı-Supsa neft kəməri və Supsa neft terminalı işə düşüb
	2007. Rabatda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Mərakeş Krallığının Kənd Təsərrüfatı, Kəndin İnkişafı və Dəniz Balıqçılığı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
	2009. Xəzərdə Azərbaycan bayrağı altında üzən 2 gəmi Qazaxıstan sularında saxlanılıb