27 fevral
1923. III Ümumnaxçıvan Sovetlər qurultayında “Naxçıvan diyarının özünün bütün aparatları ilə muxtar diyar hüququnda Azərbaycan SSR-in tərkibinə daxil olması” barədə bəyannamə qəbul edilib
1945. Ziya Bünyadova "Sovet İttifaqı Qəhrəmanı" adı verilib
1988. SSRİ xüsusi xidmət orqanlarının təhriki ilə ermənilər Sumqayıt şəhərində iğtişaş törədib.
1988. İran və İraq arasında “şəhərlərin müharibəsi” yenidən başlayıb
1991. Küveyt şəhəri İraq qoşunlarından azad olunub
1992. ATƏM-in (indiki ATƏT) Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparılıb
1998. Azərbaycan Respublikası İslandiya ilə diplomatik əlaqələr qurub
2003. Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.
2010. Qaradağda hərbi avtomobilin qəzaya uğraması nəticəsində 1 əsgər həlak olub, 9 nəfər yaralanıb
2012. Azərbaycan prezidenti İlham Əliyev “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatına layiq görülüb
2012. Beynəlxalq Böhran Qrupu “Azərbaycanda məcburi köçkünlər probleminin həlli” adlı sənəd yayıb...