17 fevral
1872. “Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzinə neft mənbələrinin müzayiqə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında qaydalar” təsdiq olunub
1993. Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb
1994. Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb
2008. Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib.
2009. Amerikalı ermənişünas alim Ronald Suninin “Erməni xalqı: qədim dövrdən bu günə kimi” kitabı çapdan çıxıb. Kitabda Dağlıq Qarabağın azərbaycanlıların tarixi vətəni kimi göstərməsi ermənilərin qəzəbinə səbəb olub
2012. Macarıstanda Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş beynəlxalq konfrans keçirilib...