Azərbaycanda balıq alverçisini qanına qəltan etdilər
25 iyun 2017 09:54 (UTC +04:00)

Azərbaycanda balıq alverçisini qanına qəltan etdilər

0

Balakəndə Mingəçevir şəhər sakini bıçaqlanıb

 

Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 24-ü axşam saat 22:30 radələrində 1985-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Vüsal Nizami oğlu Rəhimov  döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

 

V. Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. V. Əliyev Balakəndə balıq alveri ilə məşğul olub.


Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayon ərazisində baş verib. V. Əliyev hələki istintaqa məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanıb. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar