Azərbaycanda baldız yeznəsini öldürüb - YENİLƏNİB
21 oktyabr 2015 13:20 (UTC +04:00)

Azərbaycanda baldız yeznəsini öldürüb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Sumqayıtdakı qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 20-də Sumqayıt şəhərində yaşayan Almurad Babayevin evində baldızı Rəbiyyə Sultanova münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş A.Babayev orada ölüb.

 

*****

10:41

 

Sumqayıt şəhərində qətl törədilib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 17-ci mikrorayonda yerləşən mənzildə 1972-ciil təvəllüdlü Rəşad Babayev bıçaqlanaraq öldürülüb. Ürək nahiyəsindən ağır xəsarət lan 43 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin araşdırmalar nəticəsində R.Babayevin baldızı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanması məlum olub. Hadisəni törədən qadın artıq saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Nizam Rza

Oxşar yazılar