Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu GPS (qlobal yertəyinetmə sistemi) texnologiyası ilə ölkə ərazisinin geodinamik şəraitinə dair tədqiqatlar aparıb və mühüm nəticələr əldə edib. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu barədə RH-nin iclasında bildirib. Onun sözlərinə görə, işlər 1998-ci ildən etibarən ABŞ-ın Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilir. Araşdırmalar “Ərəbistan-Avrasiya kolliziya zonasının kontinental deformasiyalarının interpretasiyası” layihəsi çərçivəsində Massaçusets Texnologiya İnstitutu ilə birgə aparılır.
Sonra Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və müəssisənin aparıcı elmi işçisi, “Gənclər üçün Prezident Mükafatı” laureatı Rafiq Səfərov “Azərbaycan ərazisinin GPS məlumatları əsasında müasir kinematikası və gərginlik analizi” mövzusunda məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, peyk vasitəsi ilə aparılan tədqiqatlar nəticəsində GPS şəbəkəsində horizontal hərəkətlərin paylanma qanunauyğunluqları öyrənilib və müasir geodinamik şərait haqqında yeni məlumatlar əldə edilib. Bu məlumatlar kolliziya zonasındakı deformasiya prosesləri, regional qırılmaların dinamikası, enerji toplanan yerlərin proqnozlaşdırılması və Yerin blok quruluşunun yeni modelinə aiddir. GPS məlumatları əsasında yer qabığının Azərbaycana aid hissəsində meydana gələn deformasiya sürətləri hesablanıb, qeyri-bircins paylanmanın olduğu göstərilib, sıxılma və gərilmə oxlarının istiqamətləri müəyyən edilib.
Məruzədə vurğulanıb ki, sıxılmalar Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə müşahidə olunur. Gərilmələr isə Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında özünü büruzə verir.
Məruzə müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, Respublika Seysmoloji Xidmət Mərkəzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə tədqiqat proqramı hazırlamaq tövsiyə olunub.
![Azərbaycanın yer qabığında sıxılma və gərilmə olan əraziləri - <span style="color:red;">SİYAHI](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Azərbaycanın yer qabığında sıxılma və gərilmə olan əraziləri - SİYAHI
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı](https://lent.az/storage/news/2024/july/26/big/66a3c5e14736e66a3c5e147370172200905766a3c5e14736566a3c5e14736a.jpg)
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 iyul 2024 , 19:48![Büroda vəkilin meyiti tapıldı - başından vurulub](https://lent.az/storage/news/2024/july/26/big/66a3b13d3fa6566a3b13d3fa6817220037734447cfb40efac2e199259b3cd6724fb3.jpg)
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 iyul 2024 , 19:46![Sumqayıtda yaşayış binasında yanğın oldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3bf70e406066a3bf70e4061172200740866a3bf70e405a66a3bf70e405d.jpeg)
Sumqayıtda yaşayış binasında yanğın oldu
26 iyul 2024 , 19:22![“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO](https://lent.az/storage/news/2024/july/26/big/66a3b91f9f22a66a3b91f9f22b172200579166a3b91f9f22466a3b91f9f227.jpg)
“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 iyul 2024 , 18:54![Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ](https://lent.az/storage/news/2024/july/26/big/66a3a2a141a3f66a3a2a141a41172200003366a3a2a141a3966a3a2a141a3d.jpg)
Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ
26 iyul 2024 , 18:41![1000-ə yaxın miqrant Rusiyadan qovulur](https://lent.az/storage/news/2024/july/26/big/66a39f5ee36a166a39f5ee36a2172199919866a39f5ee369b66a39f5ee369e.jpg)
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 iyul 2024 , 17:49![Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU](https://lent.az/storage/news/2024/july/26/big/66a339229862766a3392298628172197302666a339229862166a3392298624.jpg)
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
26 iyul 2024 , 16:57![Keçmiş nazir barın yanında öldü](https://lent.az/storage/news/2024/july/26/big/66a396d3e7eab66a396d3e7eac172199701166a396d3e7ea666a396d3e7ea9.jpg)