Azərbaycanın axtarışa verdiyi şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Elsevər Əsgərov Qazaxıstanın Astana şəhərində tutulub.
E.Əsgərov respublikamıza gətirilib.