Bərdə rayonunda kütləvi zəhərlənmə olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 1-də Bərdə rayonu Kələntərli kənd sakinləri, azyaşlılar Ayşən Vəliyeva, Ömər Vəliyev, Ruhin Vəliyev, Yusif Vəlizadə, İbrahim Vəliyev, Zəhra Vəliyeva və Saleh Vəliyev qidadan (tort və lobyadan) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Uşaqlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.