Hacıqabul rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Atbulaq kəndində yaşayan 2 yaşlı Əli Əlizadə dərmandan zəhərlənib. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.