Azərbaycanda 26 yaşlı gəlini güllələyən şəxs tutuldu
16 aprel 2018 10:51 (UTC +04:00)

Azərbaycanda 26 yaşlı gəlini güllələyən şəxs tutuldu

Daxili İşlər Nazirliyi Qazaxda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 14-də saat 4 radələrində Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Mehriban Nəsibovanın baş və bədən nahiylərindən çoxsaylı qırma xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. 

 

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Sevdimalı Abdullayev saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Hazırda cinayət işi üzrə zəruri  istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

 

Qeyd edək ki, M.Nəsibovanın 26 yaşı var bir neçə il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb. Onun bir azyaşlı övladı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317

Oxşar yazılar

Bakıda 80 minlik  DƏLƏDUZLUQ

Bakıda 80 minlik DƏLƏDUZLUQ

8 fevral 2025 , 14:41
Türkiyədə selfi çəkən  Nailə qayalıqdan yıxıldı

Türkiyədə selfi çəkən Nailə qayalıqdan yıxıldı

8 fevral 2025 , 14:39
Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

8 fevral 2025 , 14:00
İnvestisiya adı ilə dələduzluq edən tutuldu

İnvestisiya adı ilə dələduzluq edən tutuldu

8 fevral 2025 , 13:10
Buz qırıldı, 2 uşaq suda boğuldu

Buz qırıldı, 2 uşaq suda boğuldu

8 fevral 2025 , 11:44
Azərbaycanda 40 nəfər yanaraq  ölüb

Azərbaycanda 40 nəfər yanaraq ölüb

8 fevral 2025 , 11:14
Şamaxıda qumar oynayanlar  tutuldu

Şamaxıda qumar oynayanlar tutuldu

8 fevral 2025 , 10:56
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

8 fevral 2025 , 10:43