Azərbaycana sərnişin daşıyan iranlıdan 5 kq narkotik götürüldü
12 sentyabr 2015 12:24 (UTC +04:00)

Azərbaycana sərnişin daşıyan iranlıdan 5 kq narkotik götürüldü

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşı tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Jamal Eltefat saxlanılıb. Ondan 5 kiloqram 230 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

 

Müəyyən edilib ki, J. Eltefat özünə məxsus “Reno” markalı avtobusla İrandan Azərbaycana sərnişin və yük daşımaqla məşğul olur. O, istintaqa məlum olmayan İran İslan Respublikasındakı mənbədən satış  məqsədi ilə külli miqdarda tiryəki əldə edərək avtobusun gizli saxlanc yerində gömrük buraxılış məntəqəsindən keçirərək Biləsuvar rayonu ərazisinə gətirib. Burada isə J. Eltefat narkotik vasitə olan tiryəki satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulub.

 

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar