Azərbaycana qar yağıb
30 mart 2014 10:42 (UTC +04:00)

Azərbaycana qar yağıb

0

Martın 30-na keçən gecə Azərbaycanın bəzi bölgələrinə qar yağıb. Lent.az-ın məlumatına görə, qarlı hava şəraiti əsasən qərb və şimal-qərb bölgələrində müşahidə edilib. Tovuz, Gədəbəy, Daşkəsən rayonlarına 10-15 santimetr qar düşüb.

 

Bu gecədən etibarən ölkənin digər bölgələrində də hava kəskin soyuyub. Bakıda və Abşeron yarımadasında isə güclü külək müşahidə olunur. Havanın temperaturu 10-12 dərəcə enib.

 

Qeyd edək ki, hava şəraitinin kəskinləşməsi ilə bağlı sinoptiklər öncədən xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3270

Oxşar yazılar