<b>Azərbaycana keçən Ermənistan vətəndaşı saxlanılıb</b>
13 avqust 2016 14:57 (UTC +04:00)

Azərbaycana keçən Ermənistan vətəndaşı saxlanılıb

0

 

Azərbaycana keçmək istəyən erməni saxlanılıb.

 

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü  Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

 

Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.

 

İctimaiyyətə əlavə məlumat veriləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar