Azərbaycan zorlamada təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib
01 mart 2014 16:26 (UTC +04:00)

Azərbaycan zorlamada təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib

 

 

Azərbaycanın hüquq-mühafizə orqanları 16 yaşına çatmamış şəxsə qarşı seksual xarakterli hərəkətlər etmiş Cəlilabad sakinini beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, axtarışa verilən şəxs Cəlilabad rayonunun Göytəpə qəsəbə sakini, 4 avqust 1970-ci il təvəllüdlü Rafət Dadaşovdur. O, Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinir.

Məlumata görə, R. Dadaşov rus dilini bilir, onun gözləri qara rəngdədir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5371
avatar

Nizam Rza

Oxşar yazılar