APA-nın məlumatına görə, təbrikdə deyilir:
“Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan ilə Birləşmiş Krallığı möhkəm dostluq əlaqələri birləşdirir. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi bütün sahələrdə dinamik inkişaf edən əməkdaşlığımız üçün əlverişli zəmin yaradıb. İnanıram ki, davamlı siyasi təmaslarımız, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığımız və ölkələrimiz arasında daim gerçəkləşən mədəni mübadilələr ikitərəfli münasibətlərimizin çevrəsini genişləndirməklə bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq diləyirəm”.