Azərbaycan ordusunun yüksək rütbəli zabiti niyə intihar edib? – <span style="color:red;">TƏFƏRRÜAT
07 aprel 2014 17:33 (UTC +04:00)

Azərbaycan ordusunun yüksək rütbəli zabiti niyə intihar edib? – TƏFƏRRÜAT

Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində mənzildə intihar edən hərbçi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu gün saat 12 radələrində Şəfaət Mehdiyev küçəsi 236, mənzil 200 ünvanından N saylı hərbi hissənin maddi texniki təminat xidmətinin artilleriya silahları bölməsinin baş zabiti, 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş Malıyev Natiq Bəşir oğlunun asılı vəziyyətdə qalan meyiti tapılıb. Məlum olub ki, polkovnik-leytenant N.Malıyev özünü noutbuk çantasının kəməri ilə mənzilin tavanında çilçıraq üçün nəzərdə tutulmuş qarmaqdan asıb. Hadisə vaxtı N.Malıyev evdə tək olub. Onun həyat yoldaşı və uşaqları onun atası evində olub.

 

Bildirilir ki, hərbçi yoldaşları səhər işə gəlməyən N.Malıyevə görə narahat olublar və onun evinə gəliblər. Zabitin intihar etməsi də bundan sonra bilinib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 

 

 

*****

 

15:05

 

Azərbaycan Ordusunun zabiti intihar edib. Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb.

 

Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb.

 

Hadisə yerində rayon Prokurorluğunun əməkdaşları gəlib, intiharın səbəbləri araşdırılır.

 

 

# 11493
avatar

Nizam Rza

Oxşar yazılar