Azərbaycan əraziləri atəşə tutulub
09 fevral 2013 10:12 (UTC +04:00)

Azərbaycan əraziləri atəşə tutulub

Erməni silahlı qüvvələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Mərzili və Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də silahlı qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 941
avatar

Oxşar yazılar