Azərbaycan-Gürcüstan sərhədində iki qardaşı güllələyən şəxs həbs edilib.
Balakən rayon ProkurorluğundanAPA-ya verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Balakən rayonu, İtitala kənd sakini, 1965-ci il təvəllüdlü Mohmayev Qasım Ramazan oğlu olduğu müəyyənləşib. İki qardaşı güllələyərək hadisə yerindən qaçan Q. Mohamayev rayonu tərk edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 16 kalibrli qoşalülə ov tüfəngi götürülüb.
Hazırda rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.