Avtoşluq videosuna görə adı hallandırılan şəxs vəzifədən çıxarıldı
05 may 2014 12:01 (UTC +04:00)

Avtoşluq videosuna görə adı hallandırılan şəxs vəzifədən çıxarıldı

Bir müddət əvvəl KİV-də yayılan avtoşluq videolarında adı hallanan Zaur Bağırov “Azəryolservis” ASC-də işdən çıxarılıb. Lent.az-ın Azadlıq qəzetinə istinadən verdiyi məlumata görə, Z.Bağırovun adı Aynar Məmmədovla birgə aeroport yolunda sürət yarışına çıxdığını əks etdirən videokadrlarla bağlı hallandırılırdı. Lakin daha sonra millət vəkili Elton Məmmədov bildirmişdi ki, oğlu Aynar Məmmədovun bu məsələyə aidiyyatı yoxdur. Onun sözlərinə görə, videokadrlarda əks olunan və Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı “Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi də başqa şəxsdir.

Mətbuatın apardığı araşdırma nəticəsində həmin avtomobilin Zaur Mətləb oğlu Bağırov adlı şəxsin adına olduğu üzə çıxmışdı. O da məlum olmuşdu ki, Zaur Bağırov “Azəryolservis”də işləyir.

“Azəryolservis” ASC-dən Zaur Bağırovun işdən azad edilməsini Lent.az-a təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2399
avatar

Nizam Rza

Oxşar yazılar