Avtomobil qaçırdı, qəza törətdi, xəstəxanadan qaçdı
08 yanvar 2014 12:15 (UTC +04:00)

Avtomobil qaçırdı, qəza törətdi, xəstəxanadan qaçdı

Bakıda avtomobil qaçıran şəxs qəza törədib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 5-də saat 22:30 radələrində, naməlum şəxs Bakıxanov küçəsində qarşısından Abşeron rayon sakini Azər İsmayılovun idarə etdiyi «Tofaş» markalı avtomobili qaçırıb. Yanvarın 6-da saat 01 radələrində, Zabrat qəsəbəsi ərazisində həmin avtomobili aşıran şəxs xəsarətlə 3 saylı xəstəxanaya daxil olub. Lakin sürücü xəstəxanadan da qaçıb.

 

Nəsimi RPİ CAŞ, Sabunçu RPİ CAŞ və İmişli RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırıb qəza törədən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Xalid İsmayılov İmişli rayonunda tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3008
avatar

Nizam Rza

Oxşar yazılar