Avtomobil motosikletlə toqquşub, ölən var
05 sentyabr 2015 13:44 (UTC +04:00)

Avtomobil motosikletlə toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 02 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Mehman Qədimovun idarə etdiyi “Suzuki” markalı motosiklet toqquşub. Nəticədə M.Qədimov hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 361
avatar

Oxşar yazılar