Avtomobil 78 yaşlı piyadanı vurub öldürdü <span style="color:red;">- Abşeronda
28 sentyabr 2017 12:08 (UTC +04:00)

Avtomobil 78 yaşlı piyadanı vurub öldürdü - Abşeronda

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, sentyabrın 27-də saat 22 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Namiq Əhmədxanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 1939-cu il təvəllüdlü Nəbi Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar