Avşar sakinləri etiraz edir: “Əsl qatil azadlıqdadır”
14 yanvar 2014 15:30 (UTC +04:00)

Avşar sakinləri etiraz edir: “Əsl qatil azadlıqdadır”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində dekabrın 30-da Ağcabədi rayon Avşar kəndində baş vermiş silahlı insident zamanı  qətlə yetirilmiş Zahid Qarayevin qohumları mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, mətbuat konfransında qətlə yetirilmiş şəxsin 40-a yaxın yaxını iştirak edib.

 

Bildirilib ki, Z. Qarayev Milli Qəhrəman Namiq Abdullayevin əmisidir və hadisə mili qəhrəmanın anasının evində baş verib.

 

Milli qəhrəmanın qardaşı İqbal Abdullayev bildirib ki, 30 dekabrda onların evinə silahlı basqın zamanı bir nəfər qətlə yetirilib, daha üç nəfər isə xəsarət alıb:

 

“Bu hadisəyə hüquqi müstəvidə heç bir reaksiya verilməyib. Biz istəyirik ki, başlanmış cinayət işinin icrası Ağcabədi rayon prokurorluğundan alınaraq Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilsin. Çünki rayon rəhbərliyi, hüquq mühafizə orqanları bizə laqeyd yanaşır. Prezidentdən də xahiş edirik ki, bu məsələni nəzarətə götürsün. Mənim əmimin tamamilə başqa şəxs qətlə yetirsə də, dəlixanana yatan adamı irəli veriblər ki, guya  qatil odur. Gerçək cinayətkarlar isə kənarda qalıb. Mənim qardaşım Azərbaycanda ən gənc milli qəhrəmandır. Onun anası da, bu hadisə vaxtı zərər çəkib”.

 

Çıxış edən zərərçəkmiş tərəfin vəkili Tərlan Xanəliyev bildirib ki, hadisə ilə bağlı yalnız bir nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Halbuki orada daha çox adama zərər dəyib. Biz də bu işin ədalətli həllinə çalışırıq.

 

Bundan sonra çıxış edən Zahid Qarayevin qardaşı Tohid Qarayev  qardaşını qətl edən şəxsin cəzalandırılmasını istəyib. O deyib ki, qardaşı can verərkən onu Ağayev Yadigar İngilis oğlunun  vurduğunu deyib. Lakin qarşılığında həmin şəxs deyil, Anar Baxşəliyev saxlanılıb.

 

 

Mətbuat konfransında o da deyilib ki, Milli Qəhrəmanın evinə basqın edənlər 17 nəfər olub. Lakin onların hamısı məsuliyyətə cəlb olunmayıb. Zərərçəkən tərəfdən 9, hadisəni törədən şəxs tərəfdən isə 12 nəfər şahid qismində ifadə verib. Milli Qəhrəmanın qardaşı İqbal Abdullayev bildirib ki, prezidentə, Baş Prokurora, Daxili İşlər Nazirliyinə müraciət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1895
avatar

Nizam Rza

Oxşar yazılar