Avropa Liqasındakı klublarımızın cavab görüşləri PROQRAM
04 iyul 2013 18:44 (UTC +04:00)

Avropa Liqasındakı klublarımızın cavab görüşləri PROQRAM

Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi cavab görüşlərinin başlama saatı və hakimlər briqadası müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran”ın Malta “Slima”sı ilə matçının start fitini belçikalı Vim Smet saat 20:00-da çalacaq.

 

Oyun Lənkəran şəhər stadionunda baş tutacaq. Smitə həmyerlilərindən Dirk Gilon, Rien Vanizere yan xətt hakimləri, Sam Löman isə ehtiyat hakim qismində yardımçı olacaq. İki komanda arasındakı ilk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

 

Bundan 1 saat sonra “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Makedoniya “Metallurq”unu sınağa çəkəcək. Çexiyalı baş hakim Radek Matejekin idarə edəcəyi görüşdə ona İrji Molaçek, İvo Nadvornik və Petr Ardelanu kömək edəcəklər.

 

“İnter” isə Finlandiyada “Mariehamn”la Bakı vaxtı ilə saat 23:00-da üz-üzə gələcək. “Viklöf Holdinq” arenada keçiriləcək qarşılaşmanı şimali irlandiyalı referi Mervin Smit idarə edəcək. Ona həmyerliləri Ceyms Eakin, Devid Anderson və Ross Danlop yardımçı olacaqlar.

# 446
avatar

Oxşar yazılar