ATƏT PA prezidenti: “ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tezliklə nəticə əldə etməliyik” - <span style="color:red;">YENİLƏNİB
16 aprel 2014 13:52 (UTC +04:00)

ATƏT PA prezidenti: “ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tezliklə nəticə əldə etməliyik” - YENİLƏNİB

“Hazırda ATƏT-in sədri ilə çalışırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olaq. Məqsədimiz odur ki, artıq ciddi nəticələr əldə edək. Çünki son vaxtlar Ukrayna ilə bağlı baş verən hadisələr göstərdi ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin işləməliyik və bununla bağlı tezliklə nəticə əldə etməliyik”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç jurnalistlərə açıqlamasında deyib.

 

O, bu yaxınlarda Rusiyadan olan bir neçə deputatla Ukrayna məsələsi ilə bağlı görüş keçirdiyini qeyd edərək bunları açıqlayıb: “ATƏT-in, digər beynəlxalq təşkilatların  münaqişələrlə bağlı prinsipial mövqeyini ortaya qoydum. Bildirdim ki, bizim məqsədimiz insanların firavan yaşaması, ölkələrin ərazi bütövlüyünün pozulmamasıdır”.

 

ATƏT PA prezidenti Dağlıq Qarabağla bağlı da stabil mövqelərinin olduğunu vurğulayıb: “Bu, 1996-cı ildə Lissabon sammitində qəbul olunan və yenilənmiş Madrid prinsipləridir”.

 

Ranko Krivokapiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.

 

# 358
avatar

Oxşar yazılar

Məktəbli qız TikTok-dakı üsulla  özünü öldürmək istədi

Məktəbli qız TikTok-dakı üsulla özünü öldürmək istədi

1 mart 2024 , 15:03
Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı

Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı

1 mart 2024 , 14:27
Narkoloji Mərkəzin baş direktoru və müavini HƏBS OLUNDU

Narkoloji Mərkəzin baş direktoru və müavini HƏBS OLUNDU

1 mart 2024 , 14:07
Azərbaycanlı polkovnik  Ukraynada öldü

Azərbaycanlı polkovnik Ukraynada öldü

1 mart 2024 , 14:05
Kənd sakini Yuxarı Şirvan kanalında batdı

Kənd sakini Yuxarı Şirvan kanalında batdı

1 mart 2024 , 13:49
Avtobusda   məktəbli qız zorlandı

Avtobusda məktəbli qız zorlandı

1 mart 2024 , 13:42
Məktəbdə araq içib  zəhərləndilər

Məktəbdə araq içib zəhərləndilər

1 mart 2024 , 12:57
Bakıda silsilə oğurluqlar edən dəstə tutuldu

Bakıda silsilə oğurluqlar edən dəstə tutuldu

1 mart 2024 , 12:39