Daha bir BİABIRÇILIQ: bacısı qızı ilə evləndi, qanını tökdülər
29 noyabr 2013 16:07 (UTC +04:00)

Daha bir BİABIRÇILIQ: bacısı qızı ilə evləndi, qanını tökdülər

Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Gəncənin Kəpəz rayonunda 44 yaşlı İsbəndiyar Zeynalov ögey qardaşı, 20 yaşlı Talehi  ailə münaqişəsi zəminində bıçaqlayıb.

 

Araşdırmalar nəticəsində məlum olub ki, 20 yaşlı Taleh Zeynalov atabir, ana ayrı bacısının qızını bir müddət əvvəl qaçırıb. Gənc qızla ögey dayısının toyu da olub. Onlar təxminən 1 ay birgə yaşayıblar. Lakin qızın anası övladının ögey dayısı ilə evliliyinə qarşı çıxıb və onları ayırıb. Bir neçə gün əvvəl isə qızın doğma dayısı, T.Zeynalovun ögey qardaşı İsbəndiyar Zeynalov Rusiya Federasiyasından Azərbaycana qayıdıb. Ona baş verənlər haqqında məlumat veriblər. 44 yaşlı İ.Zeynalov atasının evinə gedib və məsələni aydınlaşdırmaq istəyib. Atası evinə gələn İsbəndiyar burada ögey anası ilə mübahisə edib. Ögey anası İsbəndiyarın anasının qəbrinə söyüb.

 

Daha sonra öz evinə gələn İ.Zeynalov ögey anasının təhqiramiz sözlərinin təsiri altında bıçağı götürərək yenidən ata evinə qayıdıb. Məqsəd isə doğma anasının qəbrinə söyən qadını bıçaqlamaq olub. Lakin bu dəfə onun qarşısına ögey qardaşı, ögey bacısının qızı ilə evlənən Taleh çıxıb. 44 yaşlı İ.Zeynalov Talehlə onun evlilik məsələsinə görə mübahisə edib. Mübahisə zəminində o özündən 24 yaş kiçik olan qardaşına bıçaqla vurmağa çalışıb. T.Zeynalov boğaz nahiyəsindən yüngül xəsarət alıb. Hadisə vaxtı oğullarını ayırmağa çalışan 70 yaşlı Məcid Zeynalov yıxılıb və şüşə qırıntısının üstünə düşüb. O da yüngül xəsarət alıb.

 

Məlumata görə, ailə üzvləri İ.Zeynalovdan şikayətçi olmadıqlarını bildiriblər. Lent.az-ın əldə etdiyi digər məlumata görə, İ.Zeynalovun anası təxminən 2 ay əvvəl rəhmətə gedib. Həmin vaxt ana itkisinə dözməyən İsbəndiyar özünü bıçaqlayıb və bu fakta görə Kəpəz rayon Prokurorluğunda araşdırma aparılır. Qadının qırxı çıxar-çıxmaz nəvəsi ögey dayısı ilə evlənib. Bütün bunlar ailə daxilindəki münasibətləri daha da kəskinləşdirib.

 

*****

09.51

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, şəhər sakini Zeynalov İsbəndiyar Məcid oğlu  atası Məcid Zeynalovu və ögey qardaşı Taleh Zeynalovu yaşadığı mənzildə bıçaqlayıb. Dərhal hər iki yaralı qonşuların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub. Şahidlərin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

 

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10327
avatar

Nizam Rza

Oxşar yazılar