Astarada ağır qəza: 3 yaralı
27 aprel 2014 12:38 (UTC +04:00)

Astarada ağır qəza: 3 yaralı

Astara rayonunda ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Astara-Lənkəran yolunda "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Fakta bağlı araşdırma aparılır.

# 777
avatar

Nizam Rza

Oxşar yazılar