
Ananın azyaşlı övladını zəncirləməsi faktı ilə bağlı cinayət işi açıldı
Bakıda ananın azyaşlı övladını zəncirləməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində azyaşlının valideyni tərəfindən zəncirlə bağlanması barədə məlumatlar dərc olunub.
Həmin xüsusat üzrə aparılmış araşdırmalar nəticəsində 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlamaqla qanunsuz azadlıqdan məhrum edilməsinə əsaslı şübhələr olduğundan faktla əlaqədar avqustun 21-də Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilməklə maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, tibbi və məhkəmə psixoloji ekspertizaları təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar yazılar

Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19