Ağdamda tələfatla nəticələnən yanğın oldu
12 sentyabr 2015 06:16 (UTC +04:00)

Ağdamda tələfatla nəticələnən yanğın oldu

Ağdamda tələfatla nəticələnən yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdam rayonu, Baharlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb.

 

Yanğın zamanı tövlədə olan 2 iribuynuzlu heyvanın biri tüstüdən boğularaq tələf olub, digəri isə yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaxınlıqdakı ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294

Oxşar yazılar