Oktyabrın 31-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Aeroport yolunda, Sabunçu körpüsünün yaxınlığında Mehman Hüseynov idarə etdiyi “İsuzu” markalı yük maşını ilə, Biləsuvar sakini, 1941-ci il təvəllüdlü Məmməd Quliyevi vurub.
62 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı sabunçu RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.