Oktyabrın 23-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektinin Aeroport yolu kimi tanınan hissəsində, “Socar” yanacaqdoldurma məntəqəsinin qarşısında “Celly” markalı minik avtomobili 30-40 yaşlı şəxsi vurub. Piyada hadisə yerindəcə keçinib.
Faktla əlaqədar araşdırmalar aparılır. Ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.