Türkiyədə yaşayıb fəaliyyət göstərən tanınmış ilahiyyatçı Adnan Oktarın "Tvitter" sosial şəbəkəsində Azərbaycan haqqında yazışması yayılıb. Lent.az-a daxil olan və Adnan Oktar ilə tərəfdarları arasında baş tutduğu iddian edilən yazışmada Azərbaycan mediasında yayılan xəbərlərlə bağlı fikir mübadiləsi aparılır.
Oktar və verilişinin daimi iştirakçılarının yazışmada Azərbaycan haqqında sərt ifadələr işlətdiyi bildirilir. Hətta Azərbaycanın Ermənistandan qorxduğu, lakin onların üstünə hücum çəkdiyi deyilir.
Yazışmanı iddia edən fotosurəti təqdim edirik.
REDAKSİYADAN: Adnan Oktarın və bu yazışmadakı "kedi"lərin "Tvitter"də son 3 gün ərzindəki fəaliyyətində belə bir yazışma tapılmayıb.