Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) ADA Universitetinə məlumat turu təşkil edib. Lent.az-ın məlumatına görə, tədbirdə gənclər və ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəalları iştirak edib.
Məlumat turunun məqsədi iştirakçılarına ADA Universitetinin innovativ yenilkləri, korpusu və fəaliyyəti haqqında ətraflı məlumat vermək olub.
Məlumat turu zamanı iştirakçılara “ADA” Universitetinin müasir standartlara cavab verən “Green and Smart” kampusu, ölkədə ən zəngin xarici dilli kitabxana və elektron məlumat bazası, universitetin təlim-tədris metodikası, xarici universitetlərlə əməkdaşlıqları haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib.
Xatırladaq ki, ARGTMŞ mütəmadi olaraq məlumat turları həyata keçirir. Artıq Dövlət Bayrağı Meydanına, Quba Soyqırım Kompleksinə, “Sağlam Ailə” klinikasına infoturlar təşkil olunmuşdur.