Abşeronda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 10-da Abşeron rayonunun Qobu qəsəbəsindəki evlərdən birində təmir işləri aparan qəsəbə sakini İlham Əliyarov evin damından yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırma aparılır.