ABŞ Azərbaycan vətəndaşı olan ermənini axtarır
06 fevral 2014 14:29 (UTC +04:00)

ABŞ Azərbaycan vətəndaşı olan ermənini axtarır

Amerika Birləşmiş Ştatlarının hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı olan erməni əsilli şəxsi beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, İnterpol-un saytında axtarışa verilən Erik Mxitaryan haqqında məlumat yerləşdirilib. Azərbaycan vətəndaşı olan şəxs dələduzluq, çirkli pulların yuyulması və digər bu kimi cinayətlərdə təqsirli bilinir.

 

Məlumata görə, Erik Mxitaryan 7 yanvar 1972-ci ildə Azərbaycanda anadan olub. O, rus və ingilis dillərini bilir. Erik Mxitaryanın boyu 1 metr 80 santimetr, çəkisi 86 kiloqram, göz və saçlarının rəngi qəhvəyidir.

 

Axtarışlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123

Oxşar yazılar