(R) Sadiq abunəçilər üçün “Bakcell”dən “Ulduzum” proqramı
24 dekabr 2013 11:59 (UTC +04:00)

(R) Sadiq abunəçilər üçün “Bakcell”dən “Ulduzum” proqramı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərinin sadiqliyini yüksək dəyərləndirir və onlara “Ulduzum” adlı yeni loyallıq proqramını təqdim edir.

 

Bu proqram çərçivəsində Bakcell bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir. “Ulduzum”a qoşulan hər kəs seçilmiş restoranlarda, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazalarında, sağlamlıq, idman və istirahət mərkəzlərində və bir sıra xidmət məntəqələrində endirimlər əldə edə bilər.

Proqrama üzv olmaq asan və pulsuzdur.

 

 “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaqla abunəçi “Ulduzum”a üzv ola bilər.

 

Proqrama qoşulan abunəçilər iki kateqoriyaya bölünür: “Ulduzum” və “Ulduzum Premium” üzvləri.

 

Aşağıdakı meyarlara uyğun olan abunəçilər avtomatik olaraq “Ulduzum Premium” kateqoriyasına aid edilirlər:

·             5 ildən çox Bakcell-in abunəçisi olan şəxslər;

·             Əvvəlki ayda balansına 15 AZN yükləmiş abunəçilər;

·             Gold və Klass XXL tarifində olan bütün abunəçilər.

 

Bütün digər abunəçilər isə “Ulduzum” kateqoriyasına aid ediləcəklər.

 

İstifadə qaydaları:

·             “1” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS göndərməklə abunəçi proqrama qoşulur;

·             “*”  yazıb 5555 qısa nömrəsinə SMS göndərməklə abunəçi 4 rəqəmli şifrə alır. SMS-in qiyməti 0.03 AZN;

·             Abunəçi aldığı Kodu Ulduzum partnyor şəbəkəsində təqdim etməklə endirimlərdən faydalanır.

 

Əlavə məlumat:

·             “STATUS” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla abunəçi “Ulduzum” proqramında hansı kateqoriyaya aid olduğunu təyin edə bilər.

·             “INFO” yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla abunəçi Ulduzum” proqramı haqqında ətraflı məlumat əldə edə bilər.

·             Gün ərzində 10 dəfə şifrə əldə etmək olar. Hər bir şifrənin etibarlılıq müddəti 24 saatdır.

·             “Ulduzum” proqramından çıxmaq üçün “STOP” sözünü yazaraq 5555 qısa nömrəsinə pulsuz SMS göndərmək lazımdır.

 

www.ulduzum.az saytında Ulduzum proqramının partnyorlarının siyahısı, onların təklif etdiyi endirimlər və  daha ətraflı məlumatı əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15