(R) “Azercell” və “Park Cinema” xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil edəcəklər
06 may 2013 11:42 (UTC +04:00)

(R) “Azercell” və “Park Cinema” xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəsini təşkil edəcəklər

Layihə çərçivəsində hər ay müxtəlif internat, uşaq evləri və digər növ uşaqlara qayğı mərkəzlərində olan uşaqlar üçün cizgi filmlərinə baxışlar keçiriləcək

Layihənin ilk tədbiri mayın 4-də təşkil edilib. Belə ki, maddi və sağlıq durumları ilə əlaqədar vaxtaşırı kinoya gedə bilməyən, əyləncədən kənarda qalan “Mushfig” Elil Uşaqlara Yardım İctimai Birliyinin 50 sakini Azercell şirkəti tərəfindən ayrılmış xüsusi avtobuslarla Park Cinema-ya gələrək 3D formatında maraqlı cizgi filmi izləyiblər. Əlbəttə ki, filmə baxışla yanaşı həm də qarğıdalı və sərinləşdirici içkilər də kinoteatr tərəfindən pulsuz olaraq təmin edilmişdir.

Uşaqlar arasında modern kinoteatr salonuna ilk dəfə ayaq basanları də olub. Kinoteatr müasir avadanlıqlarla təchiz edilmiş və ən əsası binada xüsusi dəstəyə ehtiyacı olan insanlar üçün olan arabaların maneəsiz hərəkəti üçün şərait yaradılmışdır. 

 

Uşaqların dünyagörüşünün artırması və eləcə də özlərini cəmiyyətin tam hüquqlu üzvləri hesab etməsi məqsədini daşıyan layihə hər ay davam edəcəkdir. Növbəti aylarda digər uşaq evlərinin sakinləri, aztəminatlı ailələrin övladları üçün də pulsuz kino seanslarının təşkil edilməsi nəzərdə tutulur.
 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

# 337
avatar

Oxşar yazılar