Azərbaycanın ayrı-ayrı bölgələrində oğurluq etmiş 4 şəxs saxlanılıb. Onlardan biri qadındır.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Könül İsmayılovanın mənzilindən 2150 manat və məişət əşyası oğurlamış Bakı şəhər sakini Lalə Rüstəmova tutulub.
Bundan başqa, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Bayramov Vladimir Vorobyovun cibindən 80 manat və sənəd oğurladığı üçün tutulub.
Gəncə sakini Elmir Şirinov isə Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Zahid Bayramquliyevə məxsus mağazadan 26 manat oğurladığı üçün tutulub.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də “Binəqədi Ağac Emalı” ASC-nin ərazisindən istifadəyə yararsız avtomobilləri oğurlamış Bakı şəhər sakini Rəmzi Qoçəliyev tutulub.